Əhalinin 62%-i qərarın lehinə səs verib
Ötən gün İrlandiyada keçirilən konstitusiya referendumunda eynicinsli nikahların qanuniləşdirilməsi tərəfdarı olanlar inamlı qələbə qazanıblar.
"Report” TASS-a istinadən xəbər verir ki, şənbə günü elan olunan rəsmi məlumata görə, əhalinin 62%-i qərarın lehinə səs verib.
Əhalinin 60%-i səsvermədə iştirak edib.
Beləliklə, İrlandiya ümumi səsvermə yolu ilə eynicinsli nikahların rəsmiləşdirildiyi ilk Avropa İttifaqı ölkəsi olub. Bunadək oxşar qərarlar milli parlamentlər səviyyəsində qəbul olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !