Bu ölkə elanla kəşfiyyat naziri axtarır

23:19 | 13.12.2013
Bu ölkə elanla kəşfiyyat naziri axtarır

Bu ölkə elanla kəşfiyyat naziri axtarır

Baş qərargah rəisini qəzetlərə verdiyi elanla tapan Danimarka, eyni üsulla kəşfiyyat rəisi axtarışına çıxıb. 

Qaynar.info xəbər verir ki, bir müddət əvvəl qalmaqallar səbəbindən istefa verən ölkənin kəşfiyyat idarəsinin rəhbəri Yakob Şarfın yerinə adam təyin etmək üçün qəzetlərə elan verən Danimarka Ədliyyə Nazirlyi müəyyən şərtlər də irəli sürüb. 

Tələblərə görə, kəşfiyyat rəisi olmaq üçün strategiya, təşkilatçılıq, daxili və xarici əlaqə qurmaq qabiliyyəti olan hər kəs müraciət edə bilər.  Elana görə, kəşfiyyat rəisi olmaq üçün ali təhsil şərt deyil. 

Kəşfiyyat rəisinin maaşı da müəyyənləşdirilib - ildə 659 min Danimarka kronu. 

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb