Bu ölkə iflasın astanasındadır

13:03 | 31.07.2014
Bu ölkə iflasın astanasındadır

Bu ölkə iflasın astanasındadır

Argentina yenidən defolt təhlükəsi ilə üz-üzə qalıb

Argentina yenidən defolt təhlükəsi ilə üz-üzə qalıb. ANS PRESS-in məlumatına görə, ABŞ məhkəməsi tərəfindən verilən bir qərar Argentinanı investisiya fonlarına 1,5 milyard dollar ödəməyə məcbur edib. Bu isə Argentinanı çətin vəziyyətə salıb. Borcun ümumi həcmində güzəştlər edilməsini istəyən Argentina kreditor investisiya fondları ilə hələki razılıq əldə edə bilməyib. 

2005-2010 illərdə kreditorlarının əksəriyyəti borc vəsaitlərinin 70%-də güzəştə getməyi qəbul etmişdi. Ancaq bəzi kreditorlar borclarının həcmində endirim etməyi rədd etdi və haqqlarını məhkəmə yolu ilə təmin etmə qərarı verdilər. Kreditorların istədiyi miqdar, hazırda faizlərlə birlikdə 1,5 milyard dolları ötür. 

Bu il etibarilə Argentina iqtisadiyyatında sabitlik gözlənilirdi. Ancaq ölkənin yenidən bu borcları ödəməyə məcbur edilməsi ölkəni çətin vəziyyətə salıb. 

Argentina kredit fondları ilə razılığ əldə edə bilməsə rəsmi olaraq defolt elan edərək, borcunu ödəyə bilmədiyini açıqlayacaq.

Qeyd edək ki, Argentinada borc böhranı 2001-ci ildən başlayıb. Bu böhrandan sonra ölkə xarici borclarını ödəməyə qərar vermişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM