İqtisadiyyat sahəsində ixtisaslaşan "Hurun" jurnalı dünyadakı milyarderlərin siyahısını tərtib edib. Siyahıya əsasən Hindistan Böyük Britaniya və Rusiyanı arxada qoyaraq üçüncü yerə çıxıb.
2014-cü ildə 70 milyarderi olan bu ölkədə 2015-ci ilin əvvəllərində 97 milyarderin qeydə alındığı bildirilir. Onlardan 23-ü sənaye sektorunda, 14-ü tibbi dərmanlar və 12-si isə texnologiya sahəsində əldə etdikləri var-dövlət hesabına milyarder olublar.
Hindli milyarderlər arasında daha zəngin olan Mukeş Ambaninin sərvəti ümumilikdə 20 milyard dollar təşkil edir. Hindistanlı milyarderlər ümumilikdə 266 milyard dollar var-dövlətə malikdirlər.
Xatırladaq ki, dünyadakı 2089 milyarderin 537-si amerikalı, 430-u çinlidir. Dünyanın ən varlı adamı isə Bill Geyts hesab olunur. Onun var-dövlətinin 82 milyard civarında olduğu bildirilir. //azertag.az
Bizi sosial şəbəkələrdə izləyin !