Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi

19:30 | 22.07.2021
Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi

Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi

Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq.

Ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb.

Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu qərarı verdiklərini bildirib.

AFP Qvineyanın maddi problemlər ucbatından Tokio-2020-dən imtina etdiyini yazıb.

Yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti