Avropada evlilik yaşının aşağı olduğu ölkə İspaniya olub və indiyə qədər qanunla qızlar 13 yaşında ailə qura bilirdilər.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən İspaniya hökuməti hələ 2013-cü ildən bu qanunu dəyişdirmək təklifi etmişdi. Dəyişiklik yalnız dünən qəbul edilib.
Bundan sonra İspaniyada yaşayan qızlar yalnız 16 yaşları tamam olduqdan sonra qanuni nikaha girə biləcəklər. Artıq ölkədə yeniyetməlik yaşı da 13-dən 16-a qaldırıldı.
UNİCEF dəfələrlə bu qanunun dəyişdirilməsi ilə bağlı İspaniya hökumətinə müraciət edib. Çünki ölkədə bununla bağlı statistika siqnalverici olub. 2000-2014-cü illər arasında 16-dan balaca yaşda evlənən gənclərin sayı 365 olub. 2014-cü ildə evlənən 5 gənc 16 yaşdan balaca imiş. 1990-ci illərdə isə ailə quran cütlüklərdən ən azı biri 16 yaşdan balaca olub və belə ailələrin sayı 2678 göstərilib. 1980-ci illərdə isə bu rəqəm 12867 qeydə alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !