Bu ölkədə daha çox yaddaşsız analar yaşayır - 30 körpə ölümü

11:54 | 05.06.2015
Bu ölkədə daha çox yaddaşsız analar yaşayır - 30 körpə ölümü

Bu ölkədə daha çox yaddaşsız analar yaşayır - 30 körpə ölümü

Amerikanın Florida ştatında ananın 8 saat ərzində avtomobilində unutduğu 18 aylıq körpə vəfat edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Floridada ibtidai sinif müəlliməsi olan 38 yaşlı Ceymi Bukley avtomobilini səhər saat 7.30-da park edib işinə başlayıb. O, 18 aylıq körpəsini isə avtomobilin işində qaldığını yaddan çıxarıb. Müəllimə yalnız günorta saat 3.15-də avtomobilini götürməyə gəldikdə qızını yada salıb. Bu zaman isə artıq balaca Rigian vəfat edib.

"Daily Mail" qəzetinin yazdığına görə, hadisənin baş verdiyi gün şəhərdə tempratur 21 dərəcə olub. Bay County polis rəisi hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib, amma ananın ittiham olunacağı gözlənilmir.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-da 30 uşaq bu şəkildə avtomobildə unudulub və isti, eləcə də havasızlıqdan körpələr həyatlarını itiriblər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti