Bu ölkədə də TikTok qadağan edilib

20:02 | 28.06.2024
Bu ölkədə də TikTok qadağan edilib

Bu ölkədə də TikTok qadağan edilib

Kosovo hökuməti kibertəhlükəsizliyi artırmaq məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

Xarici KİV xəbər verir ki, bu barədə Kosovo hökumətinin bugünkü kabinet iclasında səsvermə keçirilib.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq "kiber təhlükəsizliyi artırmaq” məqsədilə qadağan edilib.

Dobra əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.

Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM