Bu ölkədə dördüncü turda da prezident seçilmədi

23:48 | 27.01.2022
Bu ölkədə dördüncü turda da prezident seçilmədi

Bu ölkədə dördüncü turda da prezident seçilmədi

İtaliyada keçirilən prezident seçkilərinin dördüncü turunda da heç bir namizəd ilk üç turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

"Qafqazinfo” xəbər verir ki, ölkənin 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin dördüncü turunda nəticə əldə edilməyib.

Hazırkı Prezident Sercio Mattarella 166 səslə ən çox səs toplayıb. Boş bülletenlərin sayı 441 olub.
Yanvarın 28-də səsvermənin növbəti turu keçiriləcək. Bu turda səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizəd prezident seçiləcək.
Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib.

1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb