ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Pakistan hökuməti qərar çıxarıb. Bununla da ölkədə edam cəzalarının müvəqqəti olaraq tətbiq olunmamasına qoyulan moratorium götürülüb və bununla da islam ölkəsində edam cəzası geri dönüb.
Ölkədə edam cəzası olsa da 2008-ci ildə bunun tətbiqini ertələyən moratorium qəbul edilmişdi.
Edam cəzalarına ən çox qarşı çıxan ölkənin keçmiş baş naziri Benazir Bhuttonun həyat yoldaşı Asif Əli Zardari olub. Moratorium onun baş nazir olduğu vaxtda qəbul edilmişdi və hər 3 aydan bir yenilənirdi.
Moratorium zamanı tək-tək hallarda - çox sayda adamların öldüyü terror aktlarını gerçəkləşdirən şəxslərin edamı həyata keçirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !