Bu ölkədə enerji tükənir - Prezident fövqəlada vəziyyət elan edib

09:17 | 18.10.2024
Bu ölkədə enerji tükənir - Prezident fövqəlada vəziyyət elan edib

Bu ölkədə enerji tükənir - Prezident fövqəlada vəziyyət elan edib

Kuba prezidenti Migel Diaz-Kanel cümə axşamı ölkənin enerji vəziyyətini fövqəladə vəziyyət adlandırıb və baş nazir Manuel Marreroya bu məsələ ilə bağlı əhaliyə xüsusi müraciət etməyi tapşırıb.

"Mən Baş nazir Manuel Marreroya, eləcə də Energetika və Mədən Nazirliyinin rəhbərliyinə xüsusi müraciətlə saat 20:30-da (18 oktyabr Moskva vaxtı ilə 03:30 - TASS qeydi) əhalini fövqəladə vəziyyətlə bağlı məlumatlandırmağı tapşırdım", - prezident "X" hesabında yazıb.

Cümə axşamı Kubanın müxtəlif ərazilərində işıqların kəsilməsi müşahidə olunub. Havanada elektrik enerjisi altı saat kəsilib.

Daha sonra adanın şərqindəki Santiaqo de Kuba şəhərində yerləşən Marrero da X-ə bu xüsusi müraciəti "Havana ilə Santyaqo de Kuba arasındakı əlaqədə texniki çətinliklər həll olunan kimi etmək niyyətində olduğunu söyləyib.
 
Müraciət daha sonra Kuba televiziya və radiosunda edilib.
 
Ölkədə enerji çatışmazlığına təsir edən ən mühüm amil yanacağın olmamasıdır. 
 
Aytac



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti