Bu ölkədə futbol çempionatı başlayır: Sərt qadağalarla..

23:00 | 24.04.2020
Bu ölkədə futbol çempionatı başlayır: Sərt qadağalarla..

Bu ölkədə futbol çempionatı başlayır: Sərt qadağalarla..

Koronavirus epidemiyasını nəzarət altına aldığını açıqlayan Cənubi Koreyada futbol üzrə çempionatlar mayın səkkizində başlayacaq.
Bu barədə Star.com məlumat yayıb.

Çempionatlarda ilkin mərhələdə qarşılaşmaların azarkeşsiz oynanılacağı bildirilib. Mövsümün açılış qarşılaşması "Jeonbuk Motors”la "Suvon Bluvinqz” arasında baş tutacaq.
Azarkeşsiz oynanılacaq qarşılaşmalarda texniki personal və mətbuat nümayəndələrinin maska taxması məcburi olacaq. Oyunçuların qarşılaşma zamanı komanda yoldaşları, rəqib və hakimlərlə danışması qadağan edilib.
Mövsüm ərzində bir komandanın futbolçusu və ya məşqçisində koronavirus aşkarlanacağı halda, həmin komandanın qarşılaşmaları ən azı iki həftəlik təxirə salınacaq. Bundan əlavə, yoluxma qeydə alınan komandanın son rəqibinin də qarşılaşmaları iki həftəyə qədər ləğv edilə bilər

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb