• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı
29.07.2020 19:11
İtaliya parlamentinin hər iki palatası baş nazir Cuzeppe Kontenin tələbi əsasında fövqəladə vəziyyət rejiminin müddətini 15 oktyabr tarixinə uzatmaq qərarını təsdiqləyib.

Anews.az yerli KİV-ə istinadən xəbər verir ki, ilkin olaraq dünən hökumət Senatda fövqəladə vəziyyəti oktyabr ayının 31-dək uzatmaq təşəbbüsünü irəli sürsə də, müxalifətdəki Demokrat Partiyası və "İtalia Viva” (İtaliyaya eşq olsun) partiyası fövqəladə vəziyyəti sentyabrın 30-dək uzatmağı israr ediblər.
Son nəticədə güzəştlər əsasında verilən qərar Senatda 125 səsə qarşı 157 səslə təsdiqlənib. Bu gün isə Deputatlar Palatası da qərarı 221 səsə qarşı 286 səslə təsdiq edib.

Daha əvvəl belə bir addımın labüd olduğunu qeyd edən baş nazir C.Konte Senatdan icazə istəsə də, əslində fövqəladə vəziyyəti uzatmaq üçün parlamentin dəstəyinə heç ehtiyacı olmadığını da bildirmişdi. Fövqəladə vəziyyətdə hökumət başçısı əldə etdiyi xüsusi səlahiyyətlərə söykənərək parlamentə üz tutmadan karantin tədbirlərini həyata keçirib. Deputatlar Palatasında nitq söyləyən C.Konte fövqəladə vəziyyətin uzadılması ilə yaz aylarında tətbiq edilmiş sərt karantin tədbirlərinin də təkrar olunmayacağını vurğulayıb.

Son vaxtlar ölkədə yeni yoluxma hallarının azalmasını nəzərə alaraq sağçı partiyalar baş nazirdən parlamenti də bu məsələyə cəlb etməsini istədilər.
Qeyd edilir ki, indiyədək koronavirusa 246 488 nəfərin yoluxduğu, bunlardan 35 123 nəfərin də öldüyü İtaliyada fövqəladə vəziyyət rejimi yanvar ayının 31-də tətbiq edilmiş və ilkin olaraq 31 iyul tarixinədək nəzərdə tutulmuşdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Dünya 23:24
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
Dünya 22:44
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Dünya 19:38
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Əli Əsədov Ersin Tatarla görüşüb
Dünya 19:26
Əli Əsədov Ersin Tatarla görüşüb
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Dünya 18:48
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
Dünya 14:50
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
Dünya 06:30
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
Dünya 04:54
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
USAID fəaliyyətini dayandırdı
Dünya 18:35
USAID fəaliyyətini dayandırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol