Bu ölkədə istilər 700 nəfərin ölümünə səbəb oldu

17:22 | 16.07.2015
Bu ölkədə istilər 700 nəfərin ölümünə səbəb oldu

Bu ölkədə istilər 700 nəfərin ölümünə səbəb oldu

Fransada son 60 ilin ən yüksək tempraturlu havaları yaşanır. Ölkə ərazisində olan isti havalar səbəbilə 700 nəfər vəfat edib

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Fransanın səhiyyə naziri Marisol Touraine ölkə ərazisində 29 iyun-5 iyul arasında yüksək isti hava səbəbilə 700 nəfər vəfat edib.

Nazirin veridiy məlumata görə, keçən ilin eyni tarixi ilə müqayisədə ölüm faizi 7, təcili yardım xidmətindən yararlanma faktı 3 dəfə artıb. Amma buna baxmayaraq, nazir 2003-cü ildə isti hava səbəbilə ölüm statistikasından aşağı olduğunu qeyd edib.

Fransada 29 iyun-5 iyul tarixləri arasında orta günlük tempratur 40 dərəcə istidən yuxarı olub və bu səbəblə hökumət SOS vermişdi.

Xatırladaq ki, 2003-cü ilin avqust ayında da ölkədə anomal isti hava nəticəsində əksəriyyəti evlərində tək yaşayan qocalar olmaqla 20 min adam vəfat etmişdi. Tək yaşayan qocaların ölməsi günlər sonra ortaya çıxmışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM