Bu ölkədə koronavirus xəstələri artıq xüsusi dronlarla təyin ediləcək - FOTO

21:00 | 21.05.2020
Bu ölkədə koronavirus xəstələri artıq xüsusi dronlarla təyin ediləcək - FOTO

Bu ölkədə koronavirus xəstələri artıq xüsusi dronlarla təyin ediləcək - FOTO

Kolumbiya polisi insanların koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün termal kameralarla təchiz olunmuş dronlardan istifadə etməyə başlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadə xəbər verir ki, bu üsulla yüksək temperaturu olanlar müəyyənləşdirilir və müayinə edilmələri üçün səhiyyə işçiləri onlara yaxınlaşır.

İlk sınaq paytaxt Boqotanın şimalında aparılıb. Belə ki, polis kapitanı Corc Umberto Kaseres dronların gecə və gündüz fəaliyyət göstərdiyini bildirib:
 
"Dronlar bizə insanların bədən temperaturu haqqında məlumat ötürür. Əgər ciddi bir problem varsa, o halda informasiyanı birbaşa mərkəzə ötürür. Dronlar evlərə girmir. Sadəcə küçədə olan insanların temperaturunu ölçür”.

Qeyd edək ki, ölkə üzrə ən çox virusa yoluxma halı 8 milyon insanın yaşadığı Boqotada qeydə alınıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM