• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Bu ölkədə koronavirusun üçüncü dalğası başlayıb

Bu ölkədə koronavirusun üçüncü dalğası başlayıb
20.11.2020 18:30
Koreya Respublikasının paytaxtı Seul şəhəri və ətraf bölgədə koronavirus epidemiyasının üçüncü dalğası başlayıb.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Rifah Nazirliyinin sözçüsü Yun Tae-ho brifinq zamanı bildirib.

O deyib ki, hazırda paytaxt regionunda infeksiyanın üçüncü dalğasının başladığı qənaətindəyik.

Sözçünün verdiyi məlumata görə, bu gün paytaxtda intensiv terapiya bölmələrinə yerləşdirilən ciddi xəstələr 84 nəfərdir. Ölkədəki 52 milyonluq əhalisinin yarısına qədərinin yaşadığı, yaxud işlədiyi paytaxt regionunda ötən gün 218 nəfər yoluxub ki, bu da avqust ayından bu yana ilk dəfə 200 nəfər həddinin keçilməsi deməkdir.

Koreya Xəstəliklərə Nəzarət və Önləmə Agentliyinə görə, ötən gün ölkədə 363 nəfər koronavirusa yoluxub. Üç gündür yoluxanların sayının 300 həddini keçdiyi qeyd olunur. Bütövlükdə pandemiya başlayandan bu yana Cənubi Koreyada 30 017 nəfər koronavirusa yoluxub ki, bunlardan 501 nəfər dünyasını dəyişib.
Baş nazir Çunq Sye-kyun əhalini kütləvi toplanış yerlərdən uzaq olmağa çağıraraq koronavirusun hazırkı yeni dalğası tez bir zamanda dəf edilməsə yeni daha sərt tədbirlərə əl atılmasının zəruri olacağını bildirib. Hökumət başçısı həmçinin ilin sonuna nəzərdə tutulan kütləvi yığıncaqların təxirə salınmasının, 60 və daha yaşlı vətəndaşların evdən çıxmamasının vacibliyini dilə gətirib.

Noyabrın 13-dən etibarən ölkədə ictimai yerlərdə və nəqliyyatda maska taxmamaq və ya səhv taxmaq üstündə 100 min von (95 ABŞ dolları) məbləğində cərimə tətbiq olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Makron və Meloni ilə telefonla danışıb
Dünya 23:32
Tramp Makron və Meloni ilə telefonla danışıb
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Dünya 23:17
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Polşa Rusiyaya nota göndərib
Dünya 22:16
Polşa Rusiyaya nota göndərib
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
Dünya 21:40
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Dünya 21:25
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Ermənistan Rusiyaya nota verib
Dünya 20:02
Ermənistan Rusiyaya nota verib
Zelenski və Tramp arasında telefon danışığı olub
Dünya 17:51
Zelenski və Tramp arasında telefon danışığı olub
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dünya 13:14
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Dünya 11:57
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol