Bu ölkədə məmurlara TikTok-dan istifadə qadağan ediləcək

15:00 | 29.03.2023
Bu ölkədə məmurlara TikTok-dan istifadə qadağan ediləcək

Bu ölkədə məmurlara TikTok-dan istifadə qadağan ediləcək

Estoniyada məmurlara "TikTok”a hökumət cihazlarında istifadəyə məhdudiyyət qoymaq qərarına gəlib. Bu barədə Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Kristyan Yarvan deyib.

"Bu ay ərzində TikTok tətbiqi mərkəzləşmiş şəkildə idarə olunan telefonlardan silinəcək”, - Yarvan bildirib.
 
Bu qadağa hələlik TikTok tətbiqinə aiddir və şəxsi telefonlara aid deyil.

Bir sıra Qərb dövlətlərində məmurların telefonlarında Çində hazırlanan tətbiqin istifadəsi məhdudlaşdırılır.
 
Bundan əvvəl  Böyük Britaniya , Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM