Bu ölkədə qadağalar ləğv olunur

21:30 | 30.11.2020
Çexiyada koronavirusla bağlı qoyulan məhdudiyyətlər aradan qaldırılır.
 
Anews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib.


O, Nazirlər Kabinetinin "COVID-19”la bağlı verdiyi qərarları ictimaiyyətlə bölüşüb. Nazir epidemiya səbəbi ilə 4 olan risk səviyyəsinin ölkədə 3-ə düşdüyünü, bu səbəbdən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına qərar verildiyini bildirib.


Xidmət sektoru da daxil olmaqla bütün müəssisələrin dekabrın 3-də açılacağını bildirən Blatni restoranların da fəaliyyət göstərəcəyini və iş yerlərində müəyyən sayda müştəriyə xidmət veriləcəyini açıqlayıb.


Nazir restoran, barların saat 22:00-a qədər açıq olacağını, ən çox 4 nəfərin birlikdə olmasına icazə veriləcəyini və açıq yerlərdə isə 50 nəfərdən az insanın iştirakı ilə kiçik tədbirlərin baş tutacağını söyləyib.


Qeyd edək ki, Çexiyada son 24 saatda 2 min 665 nəfər virusa yoluxub.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal