Bu ölkədə vaksinasiya yaşı beşə endirildi

23:43 | 08.09.2021
Bu ölkədə vaksinasiya yaşı beşə endirildi

Bu ölkədə vaksinasiya yaşı beşə endirildi

Slovakiyada sabahdan etibarən 5-11 yaşlı uşaqlar da vaksinasiyadan keçə biləcəklər.

"Qafqazinfo” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Lenqvarski deyib.

Nazir bildirib ki, bu qərar mütəxəssis və həkimlərin tövsiyəsi ilə qəbul edilib:

"12 yaşdan yuxarı olanların peyvəndlənməsinə aylar əvvəl başlanılıb. 5-11 yaşlılar isə ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər”.

O əlavə edib ki, gələn həftədən ölkədə üçüncü doza vaksinasiyaya başlanacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM