Bu ölkədə xəstə uşaqları öldürürlər - rəsmi icazə

11:47 | 14.02.2014
Bu ölkədə xəstə uşaqları öldürürlər - rəsmi icazə

Bu ölkədə xəstə uşaqları öldürürlər - rəsmi icazə

Həftənin cümə axşamı Belgiya parlamentində keçirilən səsvermədən sonra evtanaziya haqqında Qanun layihəsi qəbul edildi.Oxu.Az РИА Новости-yə istinadən bildirir ki, Senatın yuxarı palatasında dəstək almış bu Qanun layihəsi kralın imzası üçün təqdim olunub. Bu imzadan sonra rəsmi nəşrdə dərc olunan Qanun 10 gün sonra qüvvəyə minəcək.Qanun layihəsinə müvafiq olaraq müalicə olunmaz xəstəlikdən əziyyət çəkənlər, dözülməz ağrılar çəkən və sağalma şansı olmayan xəstələr evtanaziya tələb edə bilərlər. Bu müalicə həkiminin və valideynlərin yazılı razılığı ilə həyata keçiriləcək.Evtanaziya – sağalmaz xəstəliyə düçar olmuş, insanın bioloji varlığına son vermədir. İlk dəfə dünyada 2002-ci ilin aprel ayının 1-də Niderlandiyada tətbiq edilib. Hal-hazırda Hollandiyada  “ölüm ərizəsi” ilə müraciət edən  minlərlə adam var. Bu proses Benilyuks, İsveçrə, ABŞ dörd ştatında (Vermont, Oreqon, Vaşinqton, və Montana) icazə verilib.Azərbaycanda bir çox ölkələrdə olduğu  kimi evtanaziya qadağan edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb