Bu ölkədə yaşlılar daha çox narkotik maddə qəbul edirlər.

16:45 | 11.11.2019
Bu ölkədə yaşlılar daha çox narkotik maddə qəbul edirlər.

Bu ölkədə yaşlılar daha çox narkotik maddə qəbul edirlər.

Böyük Britaniyada son on ildə kokaindən asılılığa görə xəstəxanaya düşən təqaüdçülərin statistikası müəyyənləşdirilib.
 
"The Sunday Times”in məlumatına görə, son bir ildə yaşı 60-dan yuxarı olan 379 nəfər təqaüdçü müalicə alıb. 10 il əvvəl isə bu yaş mərhələsində olan cəmi 49 nəfər müalicə olunub.
 
90 yaşdan yuxarı qocaların isə siyahı üzrə sayı 2-dən 10-a yüksəlib.
 
Mütəxəssislər mövcud vəziyyətin yaranmasının səbəbini uzunömürlülüyün  artmasında, narkotik maddələrin ucuzluğunda və yüksək keyfiyyətli olmasında görüblər.
 
"Royal College of Psychiatrists”-in doktoru Emili Finç yayılan statistik məlumatı "dərin həyəcan” adlandırıb.
 
Kollecin mütəxəssisləri oktyabr ayındakı tədqiqatlarla bağlı açıqlayıblar ki,  ölkənin paytaxtında gündəlik 23 kq-dan artıq kokain istifadə olunur. Bu, istənilən Avropa şəhərindəki göstəricidən yüksəkdir.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM