Bu ölkədəki məscidlər bağlanacaq

13:57 | 27.06.2015
Bu ölkədəki məscidlər bağlanacaq

Bu ölkədəki məscidlər bağlanacaq

Ötən gün Tunisin Sus şəhərində İŞİD terror qruplaşmasının hotelə hücumu nəticəsində çox sayda ölümün qeydə alınması ölkəni bu sahədə müəyyən addımlar atmağa sövq edib. 

ANS PRESS-in məlumatına görə, Tunisin baş naziri Həbib Essida "Reuters” açıqlamasında ölkədəki 80 məscidin bağlanacağını bildirib. Baş nazir son qanlı hücumdan sonra belə bir addımın atılmasının səbəbi olduğunu vurğulayıb. 

O qeyd edib ki, ölkədəki bir sıra məscidlərdə radikal islamçılıq təbliğ edilir. Nəticədə də həmin yerlərdən bu cür hadisələri törədə biləcək terrorçular çıxır. Baş nazir bağlanması planlaşdırılan məscidlərin nəzarətdən çıxdığını da sözlərinə əlavə edib. 

Xatırladaq ki, ötən gün Tunisin turizm şəhərlərindən hesab edilən Sus şəhərində İŞİD-çilərin hücumu zamanı 39 nəfər öldürülüb, 40-a yaxın yaralı olduğu bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM