Venesuelanın paytaxtı Karakasda Cənubi Amerikanın 12 ölkəsinin iştirakı ilə fövqəladə görüş keçirilib.
APA-nın BBC-yə istinadən məlumatına görə, xarici işlər nazirləri səviyyəsində baş tutan görüşdə Venesueladakı humanitar vəziyyət müzakirə olunub .
Cənubi Amerika millətləri İttifaqının baş katibi Ernesto Samper bəyan edib ki, qitə ölkələri Venesuela ticarət obyektlərini ət, süd, gündəlik tələbat malları ilə təmin edəcəklər.
Məlum olduğu kimi, iqtisadi böhranla əlaqədar bu ölkədə ərzaq qıtlığı yaranıb, gündəlik tələbat malları siyahı ilə satılır. Görüşdə Venesuelada siyasi sabitliyin qorunmasının vacibliyi vurğulanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !