Bu ölkələrdə bunları qətiyyən etməyin

23:52 | 12.06.2015
Bu ölkələrdə bunları qətiyyən etməyin

Bu ölkələrdə bunları qətiyyən etməyin

Hər bir ölkənin özünəməxsus adət-ənənəsi, qayda-qanunları var. Biz bu ölkələrin sərhədləri çərçivəsində olarkən təkcə onların dövlət qanunlarına deyil, həm də məişət qanunlarına uymalıyıq.
 
Axar.az bəzi ölkələrdə olan qəribə qanunları, adətləri təqdim edir:
 
Çili – heç nəyi əlinizlə yeməyin. Çilidə buna çox önəm verirlər.
 
Xorvatiya – baş, işarət və orta barmaqlarınızla 3 rəqəmini göstərmək məsləhət deyil. Çünki belə olduğu halda xorvatlar sizi serb zənn edə bilər.
 
Sinqapur – Sinqapurun qadağaları çoxsaylı və özünəməxsusdur. Sinqapurda quşlara yem atmaq, yerə tüpürmək, ictimai nəqliyyatda nəsə yemək qadağandır.
 
Hindistan – ictimai yerlərdə öpüşməyin. Sizi buna görə həbsxanaya belə ata bilərlər. Qarşı cinslə heç bir fiziki təmasa girmək olmaz. Qucaqlaşmaq, əl-ələ tutmaq istəyirsinizsə, Hindistana getməyin.
 
Fransa – burada pul haqqında danışmamağınız tövsiyə olunur. Gözləməyin ki, yerli əhali sizlə ingiliscə danışacaq. Fransada xarici dilləri öyrənmək prioritet hesab olunmadığından yerli əhalinin əksər hissəsi xarici dilləri bilmir.
 
Yaponiya – bu ölkədə "çaypulu” qoymaq hörmətsizlik kimi qəbul edilir. Salamlaşarkən qucaqlaşmayın, yaponlar bunu sevmir. Eskalatorun düzgün tərəfində dayanın. Yapon xalqı qayda pozanları da xoşlamır.
 
Meksika – burada özünüzü dominant aparmayın. Meksikalılar qonaqları sevsə də, o qədər də səbirli xalq deyillər. Meksikaya getmək qərarına gəlmisinizsə, bunu da bilməlisiniz ki, meksikalılar zarafat etməyi çox xoşlayır və zarafatda sərhəd tanımırlar.
 
Yeni Zelandiya – burada kivi ilə ozzini (kiviyə bənzər meyvə) səhv salmayın, ayaqyalın gəzən adamlara təəccüblə baxmayın. Ən əsası isə Britaniya şahzadəsi və reqbi idman növü haqda zarafat etməyin.
 
Türkiyə – barmaqlarınızla "okey” işarəsi göstərməyin. Bu işarə Türkiyədə təhqir kimi qəbul olunur.
 
Böyük Britaniya – növbə mədəniyyətini gözləyin. Sıranı pozsanız, çox böyük ictimai qınağa səbəb ola bilərsiniz. Yerli sakinlərdən nə qədər qazandıqlarını soruşmayın. Bu, böyük kobudluq hesab olunur.
 
Almaniya – nasist salamı verməyin, sizi buna görə həbs edə bilərlər. Çalışın, III Reyxdən və Adolf Hitlerdən danışmayasınız. Həddindən artıq dostcanlı davranmayın. Almanlar yeni tanışlıqlara o qədər də tez öyrəşmirlər.
 
Keniya – din haqda mənfi heç nə danışmayın. Keniyada yerli əhalinin əksəriyyəti qatı dindardır. Səbirli olun və gecikmələrə görə heç kimə etiraz etməyin. Keniyada heç nə planlaşdırıldığı vaxtda baş vermir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM