Bu ölkələrə Həcc vizası verilməyəcək

18:42 | 05.08.2014
Bu ölkələrə Həcc vizası verilməyəcək

Bu ölkələrə Həcc vizası verilməyəcək

Səudiyyə Ərəbistanı rəhbərliyi virus yayılmasından narahatdır

Bir necə ölkəyə Həcc ziyarəti qadağası qoyulub. ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi informasiya verib. Bu qadağaya səbəb yüzlərlə insanın ölümünə səbəb olan ebola virusudur. 

Liberiya, Qana və Syerra-Leonedən olanlara Həcc, Ümrə ziyarəti üçün ölkəyə girişlərinə icazə verilməyəcək. 

Nazir Xalid Marqhalani Xarici İşlər Nazirliyi ilə birgə çalışdıqlarını və adıçəkilən ölkələrdən gələnlərin Səudiyyə Ərəbistanına buraxılmayacağını deyib. 

Ölkədə hər hansı bir infeksion xəstəlik, virus təhlükəsinin yayılmasına qarşı sərhəd buraxlış məntəqələri və hava limanlarında personala xəstəliyin təyin edilməsi üzrə təlimlər keçirilir. 

Qeyd edək ki, ebola virusu 887 nəfərin ölmünə səbəb olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM