Ukrayna statistika komitəsi aprelin 1-nə olan ölkə əhalisinin sayını elan edib
Ötən il ərzində Ukraynanın əhalisi 149,5 min nəfər azalıb.
ANS PRESS-in məlumatına görə, "Ria Novosti” xəbər verir ki, bu rəqəmi Ukraynanın 24TV kanalı efirində Dövlət Statistika xidmətinə istinadən səsləndiriblər.
Eləcə də qeyd olunur ki, 2015-ci ilin təkcə mart ayı ərzində ölkə əhalisinin sayı 22 min azalaraq, 1 aprel tarixi üçün 42 milyon 873 min 583 nəfər təşkil edib.
Qeyd edək ki, Ukraynanın daimi əhalisinin sayı 42 milyon 704 min insan təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !