Cənubi Koreya iqtisadiyyatı ilin ikinci rübündə son 20 il üzrə ən pis azalma nümayiş etdirməklə tənəzzülə qədəm qoyub.
Yeni növ koronavirus (COVID-19) pandemiyası Asiyanın 4-cü ən böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracına da böyük zərbə vurub. Aprel-iyun aylarında ixrac 16,6 faiz azalıb ki, bu da 1963-cü ildən bəri ən pis göstəricidir. İstehsalat və xidmət sektorlarında geriləmə müvafiq olaraq 9 və 1,1 faiz təşkil edib.
Bütün bunlara baxmayaraq Cənubi Koreyanın Maliyyə naziri Honq Nam-ki nikbindir. O, ilin 3-cü rübündə iqtisadiyyatın bərpa olunmağa başlayacağını deyib: "Mümkündür ki, biz pandemiyanın zəifləməsi ilə bazarların canlanması fonunda ilin 3-cü rübündə iqtisadiyyatın bərpasını görə bilək". Nazir hökumətin pandemiyanın mənfi nəticələri ilə mübarizə üçün 231 milyard ABŞ dolları ayırdığını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !