Bu ölkənin parklarında koronavirusdan qoruyan dairələr quraşdırılıb - VİDEOREPORTAJ

16:19 | 18.05.2020
ABŞ-ın Nyu-York ştatında koronavirusun yayılmasının qarşısının alınması üçün pilot layhələr tətbiq olunur. "Report"un xüsusi müxbiri Nyu-Yorkun Bruklin əyalətinin Vilyamsburq bölgəsində, Şərq çayının sahilində yerləşən "Domino" şəhər parkında tətbiq edilən pilot lahiyəni görüntüləyib, yerli sakinlərlə həmsöhbət olub.


Deməli, Nyu-York şəhər bələdiyyəsinin rəhbəri Bill de Blasio havaların istiləşməsi səbəbindən parklara üz tutan insanlar arasında sosial məsafənin saxlanılmadığını açıqlayaraq məcburi qərarlar aldığını deyib: "İnsanlar xəbərdarlığımıza baxmayaraq, bəzən çevrələrindəki insanlarla nə qədər yaxın olduğunu unudurlar. Bəzi hallarda isə qruplar halında toplaşaraq yığıncaqlar edirlər. Bunun qarşısını almaq üçün parklarda pilot lahiyələrin tətbiqinə başladıq”. 


"Domino" parkının şəhərin mərkəzi səmtlərindən birində yerləşməsi, eyni zamanda insanların hərəkəti üçün əlverişli mühitə malik olması daha çox insan axınına gətirib çıxarır. Ona görə də parkdakı çəmənliklərin üzərinə "sosial uzaqlaşdırma dairələr”i adı verilən xüsusi ağ dairələr çəkilib. Bir-birindən 6 metr məsafədə olan və sanki bir otağı xatırladan dairələri təxminən iki-üç nəfər paylaşa bilir. Nyu-York şəhər Parklar İdarəsinin xüsusi əməkdaşları və şəhər polisi dairələrdə oturan insanlara nəzarət edir. Hətta dairələrdə insan sayı çoxaldıqca xəbərdarlıq olunur.


Eyni zamanda parkın içində tibbi maska və əlcəklərdən istifadə etmək, əlləri tez-tez tumaq, koronavirus əlamətləri olduğu halda evdə qalmağın zəruri olduğunun yazıldığı xüsusi lövhələr qoyulub. Nyu-York şəhərinin sakinləri həftə sonu günəşli havanı parkda dincələrək keçiriblər. Onlar qaydalara məcburi də olsa riayət edildiyi üçün layihəni uğurlu sayırlar.
Karl parkda həftəsonunu kitab oxuyaraq keçirib, ideyanın gözəl olduğunu və müsbət effekt verəcəyini deyib: "İnsanları dairələrin içində görürük. Vizual görüntü də insanı rahatladır. Bu şəkildə hər kəsin ara məsafəsi qoyması yaxşıdır. İşə yarayıb-yaramayacağını deyə biləmərəm, amma uğurlu görünür”.
Elena isə layihənin mükkəmməl olduğu fikrindədir: "İnsanlar bir qədər rahatlamalıdır. Məncə uğurlu qərardır. Burda özünü gərgin hiss etmirsən, rahatlayırsan. Hazırda özümü təhlükəsiz hiss edirəm. Qaydalara əməl edərək həm özümüzə, həm də çevrəmizdəki insanlara hörmət qoymalıyıq”.


Bir evdə yaşayan Kler və Sorka da dairələrin içində oturaraq ətrafdakı insanlarla məsafənin daha dəqiq hesablandığını və bunun üçün də özlərini parkda təhlükəsiz olduğunu deyiblər.
Qeyd edək ki, layihə uğurlu olacağı təqdirdə Nyu-Yorkun ən böyük parkı olan və hazırda bir çox girişləri məhdudlaşdırılan "Central Park”da da tətbiq olunacağı planlaşdırılır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM