• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Bu ölkənin paytaxtında fövqəladə vəziyyət elan olunub

Bu ölkənin paytaxtında fövqəladə vəziyyət elan olunub
29.05.2020 02:21
Çilinin paytaxtı Santiyaqo şəhərində fövqəladə vəziyyət elan olunub. 

"Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Sebastian Pinyera televiziyada çıxışı zamanı məlumat verib.

O, bu addımın paytaxtda metroda gedişhaqqının artırılmasına etiraz olaraq bir neçə gündür başlayan nümayişlərin iğtişaşlara çevrilməsindən sonra ictimai asayişi, ictimai və özəl əmlakın təhlükəsizliyini təmin etmək məqsədilə atdığını bildirib. 
Dövlət başçısı həmçinin qarşı tərəfi dialoqa da çağırıb. 

Qeyd edək ki, Çilidə enerjinin bahalaşması və pesonun məzənnəsinin azalması nəticəsində metroda gedişhaqqı orta hesabla 30 peso (4 sent) artırılaraq 850 pesoya (1 dollar 17 sent) çatdırılıb. Əksəriyyəti yuxarı məktəb şagirdi və tələbələrdən ibarət olan etirazçılar turniketlərin üstündən adlayaraq metro stansiyalarına hücum edir, yanğınlar törədir, hərəkətı bağlayır, şəhər boyu dağıntılar törədirlər. Həmçinin etirazçıların polis maşınlarına daş atdığı və avtobusları yandırdığı da bildirilir. Hökumət isə baş verənləri zorakılıq və vandalizm kimi dəyərləndirirək bu hərəkətlərin mütəşəkkil qruplar tərəfindən törədildiyini iddia edib və ictimai asayişi bərpa etmək üçün sərt cəzalar nəzərdə tutulan dövlət təhlükəsizlik qanununu xatırladıb. Hətta 18 oktyabr hadisələrindən sonra 700 min diollar məbləğində maddi ziyan vurulduğu metropolitenin bütün xətlərinin azı iki gün ərzində bağlı qalacağı da açıqlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Cəmiyyət 22:39
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol