Bu ölkənin prezidenti qəzaya düşdü

23:59 | 02.06.2015
Bu ölkənin prezidenti qəzaya düşdü

Bu ölkənin prezidenti qəzaya düşdü

Hindistan prezidenti Pranab Kumar Mukerci İsveçə səfəri zamanı yol qəzasına düşüb. 


Report.az xəbər verir ki, bu barədə "The Local” nəşri yazıb.

Qeyd olunur ki, onunla yanaşı maşında İsveçin vəliəhd şahzadəsi Viktoriya və onun həyat yoldaşı da olub.

Məlumata görə, qəza nəticəsində nə Hindistan prezidenti, nə də kral ailəsinin üzvləri zərər çəkməyiblər. Bununla yanaşı qeyd olunur ki, qəzanın digər altı iştirakçısı yüngül xəsarət alıb.

Yol-nəqliyyat hadisəsinin təfərrüatları açıqlanmır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti