Bu ölkəyə 22 ildən sonra ilk dəfə turist gəldi

19:38 | 20.11.2013
Bu ölkəyə 22 ildən sonra ilk dəfə turist gəldi

Bu ölkəyə 22 ildən sonra ilk dəfə turist gəldi

Somaliyyə 22 ildən sonra ilk dəfə turist ayaq basıb. Kanada vətəndaşı Mayk Spenser Baun paytaxt Moqadişoda bir neçə gün keçirib. 
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 41 yaşlı kanadalının Moqadişonun beynəlxalq aeroportuna nə zaman gəldiyi haqda məlumat verilməyib. Bununla belə, 2013-cü ildən etibarən daha aktiv fəaliyyət göstərən aeroportun əməkdaşları kanadalının ölkəyə hansı niyyətlə gəldiyini öyrənəndə çox təəccübləniblər. 
Səfərin Bauna necə təsir etdiyi, ölkənin onda hansı təəssüratlar yaratdığı məlum deyil. Kanadalı səyahət etmək üzrə böyük təcrübəyə malikdir, o artıq dünyanın 150 ölkəsinə baş çəkməyə müvəffəq olub. Somaliyə səfərin ona neçəyə başa gəldiyi, onun bu ölkəyə bir daha səyahət etmək fikrinin olub-olmadlığı da məlum deyil. 
Somalinin nəyə görə kanadalını ölkəyə 22 ildən sonra ayaq basan turist adlandırdığı da naməlumdur. Ancaq o məlumdur ki, son zamanlarda Somalidə başqa səyahətçilər də olub. Məsələn, 2013-cü ilin avqustunda oraya türk jurnalisti Orxan Camal gedib, 2013-cü ilin yazında rus dizayneri Artemiy Lebedev bu ölkəyə səyahəti ilə bağlı təəssüratlarını nəşr etdirib. 
Somali bir dövlət kimi 1990-cı illərdən bəri mövcud deyil. Bütün bu illər ərzində ölkədə vətəndaş müharibələri baş alıb gedir və ölkəni ayağa qaldırmaq təşəbbüsləri dalana dirənib. Yarmada ölkənin şimal hissəsində Somalilend adlandırılan ayrıca separat dövlət qurulub. 
Təhlükəli vəziyyət turistlərə Somaliyə baş çəkməyə imkan vermir. Ancaq bəzi turşirkətlər öz müştərilərinə Somalinin sahillərinə yaxın bölgələrdə kruiz təklifləri edirlər. Piratlardan müdafiə olunmaq üçün isə turşirkətlər müştərilərinə silah təklif edirlər, bunun pulu isə ayrıca ödənilməlidir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM