Bu ölkəyə gedən azərbaycanlıların sayı iki qat artıb

14:50 | 21.01.2015
Bu ölkəyə gedən azərbaycanlıların sayı iki qat artıb

Bu ölkəyə gedən azərbaycanlıların sayı iki qat artıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hazırda yaşayan Azərbaycan vətəndaşlarının sayı statistik məlumatlara əsasən, 7 min nəfər təşkil edir.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanın Dubaydakı Baş konsulluğunun mütəxəssisləri deyib ki, təxminən 4 il ərzində vətəndaşların sayı praktiki olaraq 2 dəfə artıb.  
BƏƏ və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabrın 1-dən etibarən qurulub. Bu, BƏƏ-nin Azərbaycanın müstəqilliyini rəsmən tanıdığı tarixdir.  

Hazırda Dubay və Bakı arasında birbaşa aviareys var və bir ölkədən digərinə getmək 2 saat təşkil edir. Turistlər qışda BƏƏ-də dincəlməyə üstünlük verir, belə ki, hava kifayət qədər isti olur. Biznesmenləri də Dubay iqlimi cəlb edir.  

Azərbaycanlılar BƏƏ-də əsasən iqtisadiyyat sahəsində çalışır, lakin bank, neft-qaz və ticarət sektorunda da onlara rast gəlmək mümkündür.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM