Bu maşınlar satışa çıxarılır - - "Mitsubishi" 1500 AZN, "Hyundai" 3600 AZN - QİYMƏTLƏR

12:34 | 06.09.2019
Bu maşınlar satışa çıxarılır - -

Bu maşınlar satışa çıxarılır - - "Mitsubishi" 1500 AZN, "Hyundai" 3600 AZN - QİYMƏTLƏR

Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

Anews.az-in məlumatına görə, sentyabrın 10-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. 
9-16-cı  sətirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan  nəqliyyat  vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

17-19-cu  sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan  nəqliyyat  vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
20-ci sətirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin balansında olan  nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)(unikal)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM