• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məktəbə Natiq Qasımovun adı verildi

Bu məktəbə Natiq Qasımovun adı verildi
29.11.2024 12:56
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.


Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu il Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Birinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş "Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.


Rəsmi məlumata görə, həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə "yüksəlmiş” Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Cəmiyyət 14:26
Bakı qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Hörmüz boğazında iki tanker minaya düşərək yanıb
Cəmiyyət 14:19
Hörmüz boğazında iki tanker minaya düşərək yanıb

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub
Cəmiyyət 13:31
Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub

Sabah yağış yağacaq
Cəmiyyət 13:02
Sabah yağış yağacaq
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər

Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Cəmiyyət 12:29
Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Cəmiyyət 12:22
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub
Cəmiyyət 12:18
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub

Bu yolda sürət həddi 40-a endirilib
Cəmiyyət 12:10
Bu yolda sürət həddi 40-a endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol