Bu mənzərəyə görə çörək sexi bağlandı - Fotolar

19:42 | 22.10.2021
Bu mənzərəyə görə çörək sexi bağlandı - Fotolar

Bu mənzərəyə görə çörək sexi bağlandı - Fotolar

Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən, Namazov Ruslan Rza oğluna  məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Anews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama şəraitinə və temperatur rejimlərinə riayət edilmədən saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb