2013-cü ildə mənzil bazarında qiymətlər 6,5% artıb. Təkrar və ilkin mənzil bazarında artım müvafiq olaraq 6,5% və 3,8% təşkil edib.Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda deyilir.İcmalda qeyd olunur ki, təkrar mənzil bazarında ən yüksək qiymət artımı birtipli mənzillərdə (7,7%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (9,5%) müşahidə olunub. İlkin bazarda elit mənzillərin qiyməti 1,9% azalıb, təkrar bazarda isə 6,1% artıb.Ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri üzrə 1,5% qiymət azalması, kommersiya obyektləri üzrə isə 0,8% qiymət artımı olub.Hesabat ilində ipoteka kreditləşməsinin davam etməsi daşınmaz əmlak bazarında, xüsusilə təkrar bazarda aktivliyə təsir göstərən amillərdən olub.2013-cü ildə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 113 mln. manat təşkil edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !