Bu müəssisələr "Halal" sertifikatı aldı - SİYAHI

22:34 | 10.04.2014
Bu müəssisələr "Halal" sertifikatı aldı - SİYAHI

Bu müəssisələr "Halal" sertifikatı aldı - SİYAHI

“Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsal edən 4 müəssisənin məhsulları sertifikatlaşdırılıb. 
ANN.Az-ın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, “Hakan Foods” FF Co.LTD müəssisəsinin “Kral” və “Yeni dad” nişanlı məhsulları, “Səhliyalı” k/m-nin “Min bərəkət, halal nemət” nişanlı məhsulları, “M&T” LTD firması və “Zəhmət Ruzi” MMC-nin məhsulları sertifikat alıb.
Sertifikatlaşdırma təxminən 2 aya qədər müddət ərzində aparılmış araşdırmaların nəticəsində həyata keçirilib. 
Araşdırmalar zamanı xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaların icra vəziyyəti öyrənilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM