Publika.az xarici mediaya istinadən xəbər verir ki, pis qoxusu ilə fərqlənən bu meyvənin bir dənəsi min dollar satılıb.
Qərbi Cavanın Tasikmalaya şəhərində bir alış-veriş mərkəzində ötən həftə sonu meyvənin J Queen növü 14 milyon İndoneziya rupisinə satılıb. Son 3 gündə ölkə ərazisində bu meyvənin yalnız 2 ədədinin satışı mümkün olub. Bu xəbər ölkədə ən çox müzakirə edilən mövzuya çevrilib. Ölkədə minimum əmək haqqı 3 milyon 940 min rupidir.
Meyvə 3 ildə bir dəfə yetişir. Bu növü Aka adlı şəxs iki fərqli növü calayaraq yetişdirib. Adi durian meyvəsi isə 2 min İndoneziya rupisi, təxminən 15 dollara satılır. Meyvə bəzi yeməklərdə də istifadə edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !