Bu nazirliyin iki əməkdaşı işdən çıxarılıb

11:21 | 24.07.2020
Mədəniyyət Nazirliyinin iki əməkdaşı işdən çıxarılıb.

Anews.az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssis-inspektoru Şahbazbəyova Zemfira Nadir qızı vəzifələrindən azad edilib.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.

Aparılan araşdırmalarla Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Cinayət işi üzrə R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM