“Panasonic” şirkəti telefonun funksiyasına malik 5 düymlük qorunmuş planşet təqdim edib. Aparatı ayaqla təpikləmək və ya üzərinə su tökmək olar. Şirkətdən bildirilib ki, cihaz səhra şəraitində texnikadan istifadə etmək məcburiyyətində olan insanlara hədəflənib.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, aparat qorunan korpusda hazırlandığından onun kütləsi 430 qr. təşkil edir.Cızıqlara qarşı davamlı sensor ekrandan başqa, aparatda daxili ştrix-kod skaneri və 8 meqapiksellik arxa kamera var. “Toughpad FZ-E1” planşeti “Windows Embedded 8 Handheld” ilə işləyir və 2.3 QHs takt tezlikli prosessorla təchiz olunub, “FZ-Z1” versiyası “Android 4.2.2” platforması ilə işləyir və 1.7 QHs takt tezlikli Qualcomm çipi ilə təchiz edilib. Hər iki cihaz “3G” və “LTE” şəbəkələrini dəstəkləyir.Şirkətdən bildirilib ki, 5 düymlük “Toughpad” planşeti ilk növbədə Yaponiyada təxminən 1270 dollar qiymətinə satışa çıxarılacaq. “FZ-E1” smartfonu iyunda, “FZ-X1” isə avqustda əlçatan olacaq. “Panasonic” nümayəndələrinin sözlərinə görə, aparatlar Yaponiyadan kənarda da satılacaq, lakin dəqiq vaxt bilinmir.Texniki spesifikasiyalara əsasən, “Toughpad” 1 metr hündürlükdən zərbəyə davamlıdır və 30 dəqiqə ərzində 1.5 metrədək dərinlikli suda qala bilir. Aparat ABŞ-ın “MIL-STD-810G” hərbi standartına uyğun olaraq mənfi 20-dən müsbət 60 dərəcəyədək temperaturda işləyir.“Toughpad” planşeti “Wi-Fi”, “Bluetooth”, “NFC”, “USB 2.0”, “MicroUSB” və “MicroSD” ilə təchiz edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !