Bu qanunlara dəyişiklik ediləcək - Sabah iclas var

17:05 | 23.01.2023
Bu qanunlara dəyişiklik ediləcək - Sabah iclas var

Bu qanunlara dəyişiklik ediləcək - Sabah iclas var

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
 
İclasın gündəliyinə 17 məsələ daxil edilib.
 
Bunlar aşağıdakılardır:
 
1. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat. 
 
2. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi 
 
3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 
 
4. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Yanğın təhlükəsizliyi haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, "Mülki müdafiə haqqında”, "Qrant haqqında”, "Hidrometeorologiya fəaliyyəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 
5. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Məlumat azadlığı haqqında”, "Nəşriyyat işi haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Telekommunikasiya haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında” və "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 
6. "Dini ekstremizmə qarşı mübarizə haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Hərbi vəziyyət haqqında”, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Məşğulluq haqqında”, "Hesablama Palatası haqqında”, "Uşaqların zərərli informasiyadan qorunması haqqında”, "Psixoloji yardım haqqında”, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və "Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
7. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, "Sosial xidmət haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "İctimai iştirakçılıq haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında”, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 
8. "İpoteka haqqında”, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının dövriyyəsi haqqında”, "İnzibati icraat haqqında”, "Dərman vasitələri haqqında”, "Əmanətlərin sığortalanması haqqında”, "Dövlət borcu haqqında”, "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
9. "Coğrafi obyektlərin adları haqqında”, "Avtomobil nəqliyyatı haqqında”, "Arıçılıq haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, "Fərdi məlumatlar haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında” və "İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 
 
10. "Lotereyalar haqqında”, "Elektron imza və elektron sənəd haqqında”, "Ovçuluq haqqında”, "Fövqəladə vəziyyət haqqında”, "Mühasibat uçotu haqqında”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, "Məlumat toplularının hüquqi qorunması haqqında”, "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
11. "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Sərhəd mühafizə orqanları haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Rəsmi statistika haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Haqsız rəqabət haqqında”, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və "Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
12. "Yerli rəy sorğusu haqqında”, "Avtomobil yolları haqqında”, "Diplomatik xidmət haqqında”, "Dövlət satınalmaları haqqında”, "Gənclər siyasəti haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, "Tənzimlənən qiymətlər haqqında” və "Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
13. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
15. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında”, "Tütün və tütün məmulatı haqqında”, "Banklar haqqında” və "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb