Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO

19:00 | 07.05.2019
Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO

Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO

Bakıda Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, döngə 2 ünvanında yaşayan sakinlər qəsəbədəki mövcud vəziyyətdən narahatdırlar.


Sakinlərin sözlərinə görə, qəsəbədə nə kanalizasiya sistemi, nə yol, nə də marşrut xətti var.


Qəsəbə sakinləri vəziyyətlə bağlı həm icra nümayəndəliyinə, həm də "Azərsu” ASC-ə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qəsəbəyə kanalizasiya sistemi quraşdırılmamış yolun bərpa olunması mümkün deyil.


Qəsəbə icra nümayəndəliyindən isə məsələyə aydınlıq gətirməsi üçün heç kim tapılmayıb.


Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM