Dietik içkilərə qatılan aspartam xərçəng yaradıcısıdır - ÜST

18:58 | 14.07.2023
Dietik içkilərə qatılan aspartam xərçəng yaradıcısıdır -   ÜST

Dietik içkilərə qatılan aspartam xərçəng yaradıcısıdır - ÜST

Dietik Kola və digər şəkərsiz qidalarda olan süni dadlandırıcı aspartam mümkün kanserogendir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Xərçənglə Mübarizə üzrə Beynəlxalq Araşdırma Agentliyi cümə axşamı açıqlama verib.

ÜST-nin ikinci qrupu, Qida Əlavələri üzrə Ekspert Komitəsi (FDA) istehlak üçün təhlükəsiz olan gündəlik aspartam miqdarı üçün həddini dəyişmədi: çəkisi təxmini 70 kq olan böyüklər üçün 40 milliqram - təxminən 14 qutu Diyetik Kolanın miqdarı kifayətdir. Qida və Dərman İdarəsi, təxminən 60 kq ağırlığında olan böyüklər üçün gündə 50 milliqramlıq bir qədər yüksək limitə malikdir.

"Bu, insanlara kiçik bir xəbərdarlıqdır, lakin orta səviyyədə istifadə etdiyiniz müddətdə yaxşısınız”, - Şimali Karolina Universitetinin Qillinq Qlobal İctimai Sağlamlıq Məktəbinin qidalanma professoru Barry Popkin, ÜST-nin qərarı ilə bağlı bildirib. 

Aspartam ehtiva edən ümumi qida və içkilərə masa üstü dadlandırıcılar, Dietik Kola, Dietik Fanta və Dietik Sprite kimi içkilər, şəkərsiz saqqızlar, və jelatin əsaslı məhsullar da daxildir.

5000-dən çox qida və içkinin tərkibində olan aspartam şəkərdən qat-qat şirindir. 1974-cü ildə FDA onun masa üstü tatlandırıcı və saqqız, dənli bitkilər, hazır qəhvə, süd məhsulları və digər məhsullarda tərkib hissəsi kimi istifadəsini təsdiqlədi.

ÜST aspartamı digər ikisindən aşağı risk kateqoriyasına yerləşdirdi: "insanlar üçün kanserogen” və "ehtimal ki, kanserogen”. "Mümkün kanserogen" kateqoriyasındakı digər maddələrə aloe vera, turşu tərəvəzlər və nikel daxildir.

Rabia Hale Seferoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti