Bu qurumun lisenziya alması qaydası dəyişdi

19:32 | 12.07.2021
Bu qurumun lisenziya alması qaydası dəyişdi

Bu qurumun lisenziya alması qaydası dəyişdi

Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edib.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb