• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Bu quşu dimdiyi qara dəymədən yemək olmaz... - Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın faydaları

Bu quşu dimdiyi qara dəymədən yemək olmaz... - Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın faydaları
24.12.2018 23:00
Hind toyuğu birmənalı olaraq Yeni il süfrələrinin bəzəyidir. Bu təama Yeni il süfrəsinin rəmzi də demək olar. Adətən qış aylarında yeyilən hind toyuğu barədə "dimdiyi qara dəymədən yemək olmaz” deyilir. 

Bəs çoxlarının xoşladığı və Yeni il süfrələrinin şah yeməyi sayılan hinduşka əti sağlamlıq üçün nə qədər faydalıdır? 

Medicina.az artıq dimdiyi qara dəydiyi üçün ən yeməli vaxtında olan hinduşkanın faydalarını təqdim edir:

Diyetoloqlar hinduşka ətini ən faydalı ətlərdən hesab edirlər. 

Hinduşka əti yüksək qidalı, bununla belə aşağı kalorili ət hesab edilir. Onun tərkibində digər ətlərlə müqayisədə yağ və xolesterinin miqdarı azdır.  

Mal əti ilə müqayisədə hinduşka ətinin tərkibində bol miqdarda dəmir var. Bundan əlavə, bu ətin tərkibində olan dəmir orqanizm tərəfindən toyuq ətindən daha tez sovrulur. Öz rasionunuza hinduşka əti daxil edərək onun tərkibində olan sink sayəsində immunitetinizi artıra bilərsiniz.

Hinduşka əti həmçinin yüksək qan təzyiqi xəstələri üçün faydalıdır. İş burasındadır ki, bu ət insanın orqanizmində gedən maddələr mübadiləsini tənzimləyən natrium ilə zəngindir. Natriumun bol miqdarı az xörək duzu işlətməyə səbəb olur ki, nəticədə də ürək-damar xəstələri, hipertoniklər bundan rahat şəkildə istifadə edirlər. 
 


Bundan əlavə, aşağıdakı şəxslər də qida rasionuna bu əti əlavə etməlidirlər: 

•Hamilə qadınlar. Tərkibində bol miqdarda fol turşusu olması səbəbindən hind toyuğu hamilə qadınlar üçün ən faydalı qidalardan hesab edilir. 

•Süd verən analar 

•Kiçik uşaqlar

•Yuxusuzluqdan əziyyət çəkən insanlar. Tərkibində triptofan olması səbəbindən yuxusuzluqdan əziyyət çəkən insanlara təbii yuxugətirici kimi təsir göstərəcək. 

•Stress və depressiyadan əziyyət çəkənlər. Tərkibində xoşbəxtlik hormonu adlandırılan seratoninin olması stressə və depressiyaya məruz qalan insanlara yaxşı təsir göstərir. 

•Ağır fiziki işlə məşğul olan insanlar. Hind toyuğu ətinin tərkibində olan zülallar orqanizm tərəfindən rahat mənimsənilərək enerji verir. 

•Hinduşka ətinin tərkibi balıq əti qədər fosfor, A, B12, B2, B6, PP vitaminləri, kalium, kalsium, maqnezium, selen, yod, marqanes və kürürdlə zəngindir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yollarda tıxac var
Cəmiyyət 09:06
Bəzi yollarda tıxac var
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Cəmiyyət 09:00
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Bakının 5 rayonunda qaz kəsiləcək
Cəmiyyət 08:59
Bakının 5 rayonunda qaz kəsiləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 08:40
Şamaxıda zəlzələ olub
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Cəmiyyət 00:12
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Cəmiyyət 19:37
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Cəmiyyət 18:25
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol