Bu rayonlara yeni polis rəisi təyin edilib

17:00 | 24.02.2024
Bu rayonlara yeni polis rəisi təyin edilib

Bu rayonlara yeni polis rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Qafqazinfo xəbər verir ki,DİN-də imzalanmış müvafiq əmrlə Nərimanov RPİ rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.
O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub. İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb