Bu rayonun icra hakimiyyəti ərzaq şirkətindən elektrik malları satın alacaq

12:45 | 19.02.2020
Bu rayonun icra hakimiyyəti ərzaq şirkətindən elektrik malları satın alacaq

Bu rayonun icra hakimiyyəti ərzaq şirkətindən elektrik malları satın alacaq

Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "T.V.FOOD" MMC şirkəti olub.

"T.V.FOOD" MMC bu ilin sonuna kimi Qazax şəhərinin işıqlanması ücün şəhər nümayəndəliyinə elektirik malları satacaq. Satılan elektrik mallarının ümumi dəyəri 39 min 200 manat təşkil edəcək.

Məlumat üçün, bildirək ki, şirkətin adındakı "Food" sözünün tərcünməsi  "Ərzaq" deməkdir. "T.V.FOOD" MMC 2014-cü ildə təsis olunub və elə həmin ildə də Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 95 min 101 manat dəyərində ərzaq məhsulları satıb. 
Onu da bildirək ki, nizamnamə kapitalı 20 manat olan "T.V.FOOD" MMC-nin qanuni təmsilçisi Nəsibova Səadət İkram qızıdır. Şirkətin hüquqi ünvanı Qazax rayonunun Canallı kəndidir.

Açıq internet resurslarda "T.V.FOOD" MMC-nin Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə satdığı  95 min 101 manat dəyərində ərzaq məhsullarından başqa hansı fəaliyyətə sahib olduğu barədə məlumat yoxdur.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı...
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb