APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.
"Hazırda bizdə bütün epidemiya boyunca ən aşağı ölüm sayı qeydə alınıb – 54 nəfər. Bu səviyyə ölüm halının artıq düşməyəcəyi səviyyədir, çünki ağır olan odur ki, xəstə insanlar koronavirusa yoluxur, nəticə isə kədərlidir. Ancaq bu rəqəm bir neçə həftə ərzində gördüyümüzdən çox fərqlidir”, - Kuomo belə deyib.
Qeyd edək ki, ştat ərazisində ümumilikdə 23 905 nəfər infeksiyanın qurbanına çevrilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !