Bu şəhərə qaçqın girə bilməz - QADAĞA

17:26 | 07.11.2014
Bu şəhərə qaçqın girə bilməz - QADAĞA

Bu şəhərə qaçqın girə bilməz - QADAĞA

Türkiyənin Antalya şəhərinə Suriyadan, İraqdan qaçan mühacirlərin daxil olması mümkün deyil. Mühacirlərin qəbul edilməsi ilə bağlı hökumətin qərarı Antalyaya aid edilmir - belə bir açıqlama ilə Antalya polis rəisi Cəmil Tonbul çıxış edib.

ANN.Az xəbər verir ki, polis rəisi Antalyada yalnız qeyri-qanuni yolla daxil olan mühacirlərə rast gəlmək mümkündür: "Hökumətin Suriyalı qaçqınlarla bağlı verdiyi qərara görə, onlar Türkiyə ərazisində seçmək-seçilmək hüququndan başqa digər bütün haqlara sahibdirlər. Yəni əslində suriyalı qaçqınlar ölkə vətəndaşları ilə eyni hüquqlara malikdir. Biz bu qaydalara xırda düzəliş verilməsini istədik. Çünki bu qayda olduğu kimi qüvvəsində qalsaydı, Antalyaya kütləvi mühacir köçü ola bilərdi".Antalya polisinin tələbinin qəbul olunduğunu deyən Cəmil Tonbul "hazırda biz Antalyaya qanuni yolla qaçqın düşən suriyalıları qəbul etmirik. Əgər qeyri-qanuni yolla şəhərimizə daxil olan varsa, ondan 15 gün ərzində şəhəri tərk etməsini istəyirik, əgər buna əməl etmirlərsə, məcburi qaydada şəhərdən xaric edib Antalyaya ən yaxın düşərgəyə yollayırıq".ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM