10 yaşından aşağı uşaqların valideynləri ilə birgə Həcc ziyarəti zamanı Məkkəyə gəlməsinə qadağa qoyula bilər.
Səudiyyə Ərəbistanı rəsmiləri bu barədə qərarı müzakirə edilər.
Həcc işləri üzrə nazirliyin fikrincə, bu zəvvarlıq uşaqların sağlamlıqları üçün təhlükəlidir.
Rəsmilər qeyd edirlər ki, hər il Həcc ziyarətinə minlərlə uşaq gəlir. Bu şəhərdə isə havanın temperaturu 40 dərəcədən yüksəkdir. Uşaqların çoxu bu hava şəraitində açıq havada, hər hansı sanitar qaydalara riayət edilməyən yerlərdə yatmalı olurlar: "Tezliklə bu təklif üzərində iş başa çatacaq və o baxılması üçün ali dini quruma veriləcək".
Lakin zəvvarlar qrupuna rəhbərlik edən gidlər bu məhdudiyyətlə razı deyillər. Onlar deyirlər ki, bəzi zəvvarların uşaqlarını qoymağa yerləri olmadığı üçün uşaqları özləri ilə aparırlar. Bu müsəlmanlara dinin əsas tələblərindən birini yerinə yetirməyə maneçilik törədə bilər.(anspress.com)
Bizi sosial şəbəkələrdə izləyin !